Ronaldo “Əl-Nassr”dan ayrılır? - Özü açıqladı

İDMAN
13:56 02.06.2023
297
"Səudiyyə Ərəbistanında xoşbəxtəm".
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından gedəcəyi deyilən Kriştiano Ronaldo onunla bağlı yayılan xəbərlərə cavab verib.
 
Portuqaliyalı ulduz "Səudiyyə Ərəbistanında xoşbəxtəm. Burada qalacam. İstədiklərini etsələr, bu liqa 5 ildə ilk 5 liqadan biri ola bilər" deyib.

"Əl-Nassr”la 2 illik müqavilə imzalayan Ronaldo ilk mövsümündə 200 milyon avro qazanıb. Ronaldo müqaviləsinin sonunda 400 milyon avro alacaq.
 
Portuqaliyalı ulduz futboldan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının idman siması olacaq.

Ronaldonun formasını geyindiyi "Əl-Nassr” mövsümü ikinci yerdə başa vuraraq "Əl-İttihad” çempionu olub. 38 ulduz liqada 16 matçda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
 
Günel
OXŞAR XƏBƏRLƏR