AÇ-2016-nın final qarşılaşmasında dizindən zədələnən Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo Superkubok uğrunda görüşdə iştirak edə bilməyəcək.
AZXEBER.COM xəbər verir ki, avqustun 9-da “Sevilya” ilə qarşılaşmada onun “Real”a kömək etməyəcəyi dəqiqləşib. Adətən belə zədələrdən sonra bərpa prosesinin 6-8 həftə çəkdiyi söylənilir.
“Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan da komandanın aparıcı üzvünün sağlamlığını riskə atmağı düşünmür.