Ronaldo: "Hər kəs "Real"ı qısqanır"

İDMAN
16:19 05.09.2011
1758

İspaniyanın "Real" futbol klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiyano Ronaldo, UEFA saytına bir sıra açıqlamalar verib.Madrid "Real"ını dünyanın ən yaxşı futbol klubu adlandıran dünyanın ən bahalı futbolçusu, keçən mövsüm UEFA Çempionlar Liqasının yarımfinalında əzəli rəqibləri olan "Barselona"ya uduzmalarını hakimin qərəzli idarəçiliyi ilə əlaqələndirib. Son vaxtlar kral klubuna qarşı təkcə İspaniyada deyil, bir çox yerlərdə açıq şəkildə qərəzin baş qaldırdığını deyən K.Ronaldo bildirib ki, hər kəs "Real"ı qısqanır və onun uğurlarından paxıllıq hissi keçirirlər.

OXŞAR XƏBƏRLƏR