Ronaldo karyerasında vurduğu qolların sayını artırdı

Ronaldo karyerasında vurduğu qolların sayını artırdı
İDMAN
03:06 25.11.2026
62
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo karyerasında vurduğu qolların sayını 987-yə çatdırıb.

AZXEBER.COM xəbər verir ki, 41 yaşlı futbolçu Asiya Çempionlar Liqasının əsas mərhələsinin V turunda Qətərin "Əl-Sədd" klubuna qarşı keçirilən ev oyununda fərqlənib.

Ronaldo matçın 13-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib.

Beşqat "Qızıl top" mükafatçısı olan portuqaliyalı futbolçu karyerası ərzində UEFA Çempionlar Liqasının beşqat, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibi olub. O, həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçu rekordlarının sahibidir.

Ronaldo 2022-ci ilin dekabrından "Əl-Nəsr"in formasını geyinir. Təcrübəli hücumçu karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real" (Madrid( və İtaliyanın "Yuventus" klublarında da çıxış edib.

Qeyd edək ki, Kriştianu Ronaldo futbol tarixinin ən məhsuldar bombardiri hesab olunur. Portuqaliyalı ulduz karyerasında 1000-ci qolunu vurmağa cəmi 13 qol qalıb.

OXŞAR XƏBƏRLƏR