Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo ilə Corcina Rodriqesin toyunda iştirak edəcək məşhurların bəzilərinin adları məlum olub.
AZXEBER.COM QOL.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, avqustun 8-də Madeyrada keçiriləcək toy mərasiminə UFC-nin sabiq çempionları Konor Makqreqor və Həbib Nurməhəmmədov, musiqiçilər Dreyk, Rihanna və Cennifer Lopez, bloqer IShowSpeed, həmçinin teleaparıcı Pirs Morqan dəvət olunub.
Toy mərasimi Funşal kilsəsində keçiriləcək, şənlik isə 5 ulduzlu "Savoy Palace" otelində baş tutacaq.