Ronaldo yeni rekorda imza atdı

İDMAN
14:38 24.03.2023
261
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandanın heyətində ən çox oyun keçirmə rekorduna imza atıb

 38 yaşlı forvardın Lixtenşteynə qarşı 2024-cü il Avropa Çempionatının seçmə oyununda Portuqaliya millisinin heyətində çıxışı 197-ci olub.

Kriştiano millidə meydana çıxma sayına görə Küveyt yığmasında 196 oyun keçirən Bader Əl-Mutavanı geridə qoyub.
Qeyd edək ki, Portuqaliya - Lixtenşteyn qarşılaşmasında Ronaldo 2 qol vurub və Portuqaliya 4:0 hesabı ilə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR