Bu haqda məlumatı Qərb mətbuatı verib. Səbəb isə jurnalın onun şəkillərini özü istədiyi kimi Photoshop-da işləməsi olub.
Modelin narazılığına səbəb olan fakt ondan ibarətdir ki, onun jurnal üçün çəkdirdiyi 14 şəkildən 3-də o, çılpaq verilib. Halbuki model şəkilləri çılpaq çəkdirməyib və şəkillərin redaktə olunmasına razılığını da verməyib. Modelin nümayəndələri qeyd ediblər ki, əslində model jurnal üçün alt paltarda şəkil çəkdirib. Jurnalın dekabr nömrəsi isə artıq satışa çıxarılıb. Onun üz qabığında Şeykin qara alt paltarında şəkli yerləşdirilib. Həmçinin, jurnal modeli «dünyanın ən gözəl məxluqu» da adlandırır. Eyni zamanda, birinci səhifədə «Ronaldunun nişanlısını çılpaq görmək istəyirsənmi?» qeydi Şeykin açıq-saçıq şəkillərinə işarə vurub. Lenta.ru xəbər verir ki, hələlik redaksiya əməkdaşları modelin bu ittihamlarına cavab verməyiblər. Bir müddət əvvəl Stoun «Playboy» jurnalını da məhkəməyə vermişdi. Jurnal onun çılpaq şəkillərini yerləşdirmişdi. Model etiraf edib ki, jurnalda çılpaq şəkillər çəkdirsə də, onun çap olunmasına icazə verməmişdi. Nəticədə o, məhkəmə vasitəsilə jurnaldan təzminat ala bilmişdi.