“Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və 1 saylı filialın müdiri Hikmət Rəcəbov ölkədən qaçıb. Bu barədə “Azadlıq”a mötəbər mənbədən xəbər daxil olub.Məlumatda bildirilir ki, “Royal bank”ın lisenziyası ləğv edildikdən sonra bankın Müşahidə Şurasının sədri və ən böyük səhmdarı olan əslən iranlı Əli Cam və 1 saylı filial müdiri Hikmət Rəcəbov ölkəni təcili surətdə tərk edərək, Avropa dövlətlərindən birinə gedib. Məlumatda o da bildirilir ki, Əli Camın Cəmşid Novruzov adlı müşaviri isə ondan üç gün əvvəl Bakını tərk edib. Novruzov müşavirlikdən savayı bankın Nərimanov rayon filialına də nəzarət edirmiş. Bakını tərk etməmişdən əvvəl onun Nərimanov filialından 1 milyon manat pul çıxardığı barədə də xəbərlər gəlir.