"Royalbank" la daha bir korrupsiya faktı

"Royalbank" la daha bir korrupsiya faktı
Bütün Xəbərlər
16:26 05.05.2014
776
Vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib
“Royalbank” Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialının müdiri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, aparılam istintaqla cəmiyyətin Biləsuvar filialının müdiri Ramiz Əsədov barəsində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, qulluq mövqeyindən istifadə edərək bankın vəzifəli şəxslərilə qabaqcadan əlbir olub rayon sakinləri tərəfindən ödənilən 476370 manat məbləğində kredit borclarını onların bankdakı hesablarına mədaxil etməyərək, külli miqdarda əmlakı ələ keçirməklə “RoyalBank” ASC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR