Roza Zərgərliyə “Tərəqqi” medalı verilib? - MÜĞƏNNİDƏN AÇIQLAMA

SOSİAL
22:42 20.11.2019
13048
Bu gün bir çox saytda Prezident İlham Əliyevin müğənni Roza Zərgərliyə "Tərəqqi” medalı verməsi haqda xəbər yayımlanıb. 
 
AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlayıb. Roza açıqlamasında məlumatın yanlış olduğunu deyib: "Tərəqqi” medalı alan mən deyiləm, Roza Allahverdiyeva Cəlilqızının haqqıma girməyək. Düzdü ad, soyadımız eynidir, ancaq mənim atamın adı Zərgərdir, Cəlil deyil. Həmin şəxso təbrik edirəm. Hər şeyin öz vaxtı, zamanı var. Təbrik üçün tələsməyək”. 

Qeyf edək ki, Prezident İlham Əliyev "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" sərəncam imzalayıb.

OXŞAR XƏBƏRLƏR