Rubio: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

Rubio: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur
DÜNYA
23:40 20.05.2025
789
Xəzər interkonnektorunu tamamlamaq ABŞ və onun müttəfiqlərinin maraqlarına uyğundur.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı senator Stiv Deynsə cavabında deyib.

O, Türkmənistanın Rusiya, Çin və İranla əhatə olunduğunu nəzərə alaraq, Vaşinqtonun Türkmənistan qazının Azərbaycandan keçməklə Avropaya nəqli üçün Transxəzər qaz kəmərinin tamamlanması imkanlarına necə baxdığını soruşub.

Rubio cavab verib ki, Birləşmiş Ştatlar bu layihəyə müsbət baxır, xüsusən də dünyada enerji təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət kontekstində.

O, həmçinin əlavə edib ki, xarici yardımların azalmasına baxmayaraq, səfirliklər və regional idarələr vasitəsilə belə layihələrə vəsait ayrılmaqda davam edir.
OXŞAR XƏBƏRLƏR