Rüfət Axundov "Range Rover"i ilə 90-lıq yolu 127 ilə getdi - DYP-dən açıqlama - VİDEO

Rüfət Axundov "Range Rover"i ilə 90-lıq yolu 127 ilə getdi - DYP-dən açıqlama - VİDEO
MAQAZİN
17:52 17.12.2023
1292
Sosial şəbəkələrdə müğənni Rüfət Axundovun avtomobil idarə edərkən Mərdəkan-Zaqulba yolunda müəyyən olunmuş sürət həddini aşması ilə bağlı görüntülər yayılıb. Belə ki, Mərdəkan şosesi-Zuğulba yolunda hərəkətdə olan Axundov 90 sürət həddini 127 km/saat sürətlə aşıb. O həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, mayor Araz Əsgərli AZXEBER.COM-a açıqlama verib.
 
Onun sözlərinə görə, sürət həddinin aşılması ilə bağlı hansısa qayda pozuntusunu lentə alınmış görüntüdən yox, xüsusi texniki qurğu vasitəsilə müəyyən etmək lazımdır:

"Hansısa görüntüyə görə sürücüyə  protokol yazıla bilməz. Qayda pozuntusunu yollarda quraşdırılmış radar qurğuları elektron şəkildə müəyyən edir. Sürət həddini aşan avtomobilə isə bu halda radar vasitəsilə müəyyən olunarsa, sürücü İnzibati Xətalar Məcəlləsinin 328.2 bəndinə əsasən  50 manat 2 bal ilə cərimə olunur. Həmin görüntü barədə araştırılma aparılmalıdır ki, qayda pozuntusunun olub-olmaması müəyyən olunsun. Sosial şəbəkələrdə yayılan sözügedən görüntülər araşdırılıb hüquqi tədbir görüləcək. Bu elektron formada müəyyən edilən istənilən qayda pozuntusu üçün keçərlidir”.

Araz Əsgərli kimliyindən asılı olmayaraq bütün vətəndaşları qaydalara ciddi əməl etməyə çağırıb:

"Kimliyindən asılı olmayaraq hər kəs qaydalara əməl etməlidir. Yüksək sürət zamanı belə havalarda qəza baş verərsə, bu zaman maşını idarə etmək daha çətinləşir. Hər kəs özü-özünün polisi olmalıdır. Yol hərəkəti qaydaları elə bir qaydalardır ki, bu qayda pozuntusunu etdikdən sonra artıq düşünməyə zamanımız olmur. Bu da faciə ilə nəticələnə bilər. Qayda pozmamaq ilk öncə insanın özü üçün, daha sonra inzibati məsuliyyət üçün önəmlidir. Xüsusən də tanınmış simalar bu kimi şeylərə daha çox önəm verməlidir, insanlar onları tanıyır, örnək alır. Onlar nümunəvi hərəkətlər etdikdə polisin də işini asanlaşdıra cəmiyyətə isə müsbət mənada örnək ola bilərlər”.
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
16:54 12.08.2026
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
16:47 12.08.2026
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
16:42 12.08.2026
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
16:39 12.08.2026
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
16:35 12.08.2026
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
16:35 12.08.2026
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
16:22 12.08.2026
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
16:18 12.08.2026
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
16:00 12.08.2026
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
15:20 12.08.2026
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
15:05 12.08.2026
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
15:02 12.08.2026
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
14:58 12.08.2026
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
14:57 12.08.2026
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
14:46 12.08.2026
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
14:35 12.08.2026
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir