Rüfət Səfərov ev dustaqlığına buraxılmadı

Rüfət Səfərov ev dustaqlığına buraxılmadı
SOSİAL
13:15 30.06.2025
370
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.

AZXEBER.COM-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygun Qurbanovanın sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim etsə də, məhkəmə bunun üçün əsas olmadığından vəsatəti təmin etməyib.

Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti proses iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
06:10 30.10.2026
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
05:40 30.10.2026
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
05:30 30.10.2026
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
05:20 30.10.2026
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
“Liverpul” Qavini transfer etmək istəyir
05:10 30.10.2026
“Liverpul” Qavini transfer etmək istəyir
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
05:00 30.10.2026
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
04:50 30.10.2026
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
04:40 30.10.2026
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
04:30 30.10.2026
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
04:20 30.10.2026
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
04:10 30.10.2026
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
ABŞ-nin neft ehtiyatları azalır
04:00 30.10.2026
ABŞ-nin neft ehtiyatları azalır
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
03:53 30.10.2026
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
03:46 30.10.2026
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
03:38 30.10.2026
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib