Ruhi barəsində yazılanlara aydınlıq gətirdi: "Etdikləriniz məni qətiyyən narahat etmir"

Ruhi barəsində yazılanlara aydınlıq gətirdi: "Etdikləriniz məni qətiyyən narahat etmir"
MAQAZİN
17:38 23.04.2017
18259
Tanınmış ifaçı, biznesledi Ruhi Əliyeva özü və ailəsi, həmçinin həyat yoldaşı ilə barışması ilə bağlı mediada yer alan geniş yazıya reaksiya verib.
 
AZXEBER.COM-un məlumayına görə, Ruhi məşhur milyonçu İlham Rəhimovla münasibətləri haqda yayımlanan xəbərdən danışıb.
 
O bəzi jurnalistləri qeyri-peşəkarlıqda ittiham edib:
 
"Xoş əhvalımdan sizə də pay vermək istəyirəm. Amma həm də bəzi fikirlərimi bölüşmək keçdi ürəyimdən. Birinci növbədə insan olmaq, sonra peşəyə bölünmək lazımdır. Mənim çox güclü, mərd, peşəkar jurnalist dostlarım var. Hansına ki, insan baxdıqca fəxr edir. Amma əfsus, bu sahədə şantajla çalışan, qərəzli, məqsədini özü belə anlamayan qeyri-peşəkar çoxdu. Sözüm də məhz onlaradır. Azərbaycan mətbuatı sizin qələminizdən çox yüksəkdə dayanıb. Lütfən, ona toz qondurmayın.
 
Ruhi həmçinin media əhlinə məsləhət görüb ki, insanlara hörmətli davransınlar: "Əqidənizi, dürüstlüyünüzü heç nəyə dəyişməyin. İnsanlara hörmət edin ki, hörmətli olasınız. Sonucda siz (bəziləri) mənim, mən isə öz həyatımla məşğulam. Siz də bir az öz həyatınıza nəzər yetirin ki, düşdüyünüz çuxurlar günü-gündən dərinləşməsin... Məni elədikləriniz qətiyyən narahat etmir, amma görürəm siz əməlli-başlı "əziyyət çəkirsiniz" mənə görə. Barı "əziyyəti" jurnalistə yaraşan savadlı tərzdə edin”.
 


OXŞAR XƏBƏRLƏR