Bu gün Abşeron rayonunda ruhi xəstə intihara cəhd edib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər intihar məqsədilə özünü çirkab suların axıdılan quyusuna atması barədə məlumat daxil olub.
Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmiş dərinliyi 4 metr olan quyuda köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:29-da başa çatıb.
Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, özünü quyuya atan şəxs orta yaşlı kişidir və o, ruhi xəstədir. Normal danışa bilmədiyindən və üstündə sənəd tapılmadığından onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.