“Rumın mədəniyyətinin və incəsənətinin regionlarda təbliği” layihəsi yekunlaşdı - FOTOLAR

“Rumın mədəniyyətinin və incəsənətinin regionlarda təbliği” layihəsi yekunlaşdı - FOTOLAR
SOSİAL
23:36 01.11.2022
304
 "Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti” İctimai Birliyi,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qazax rayonunda "Rumın mədəniyyətinin və incəsənətinin regionlarda təbliği” layihəsini uğurla yekunlaşdırmışdır.

Layihə çərçivəsində Qazax rayonundan olan gənclərlə rumın mədəniyyəti və ədəbi irsinin təbliği sahəsində müzakirələr aparılmışdır. Gəncləri maraqlandıran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılaraq layihə ilə bağlı suallar cavablandırılmışdır. 

Tədbirdə layihənin moderatoru Akif Əmirov çıxış edərək, Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərən ölkələr arasında Azərbaycanın xüsusi yeri olduğunu qeyd edib. Azərbaycan-Rumıniya arasında mədəni əlaqələrin inkişafı baxımından müstəqillik dövrünü xüsusilə qeyd etmək lazım olduğunu bildirib. Çıxışında iki ölkənin bir-biri ilə yaradıcılıq mübadiləsi və əməkdaşlığının artıq bir ənənəyə çevrildiyini bildirib. Tanınmış rumın jurnalist Minodor Mitrikanın Azərbaycan tarixinə, müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr etdiyi ”Azərbaycan dirçəlişi” kitabının rumın və ingilis dillərində çap olunduğunu vurğulayıb. Bununla yanaşı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin Rumıniyada rumın dilində şeirlərinin tərcümə olunduğunu, yazıçı Anarın, Çingiz Abdullayevin, Elçinin əsərlərinin və Xalq şairi B.Vahabzadənin poemalarının rumın dilində tərcümə olunaraq çap edildiyini diqqətə çatdırıb. Bütün bu faktları nəzərə alaraq Azərbaycan gəncliyinin Rumıniyanı daha yaxından tanımağa ehtiyac olduğunu diqqətə çatdırıb.

Tədbirlərdə həmçinin Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək gəncləri salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. G.Həsənova Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında dayandığını qeyd edib. Ötən müddət ərzində Rumıniya ilə dostluq əlaqələrinin günü-gündən genişləndiyini, bütün sahələri əhatə etdiyini vurğulayıb. Belə bir tədbirlərin  keçirilməsinin hər iki ölkə arasında olan dostluğu daha da möhkəmləndirdiyini bildirmişdir.





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib