“Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir”

“Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir”
DÜNYA
18:32 04.04.2025
334
Rumıniya Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir.

Bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəhlizin Cənub-Şərqi Avropa və Balkanlar istiqamətində genişləndirilməsi region üçün etibarlı, proqnozlaşdırıla bilən və rəqabətədavamlı enerji təchizatını təmin etmək baxımından mühüm addımdır.

O qeyd edib ki, Bakıda keçirilən nazirlər görüşü ortaq məqsədi paylaşan tərəfdaşlar arasında dialoq, əməkdaşlıq və koordinasiyalı fəaliyyət üçün mühüm platformadır.
 
\report
OXŞAR XƏBƏRLƏR