Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib
DÜNYA
16:09 26.07.2026
562
Bu gün səhər saatlarında "F-16" qırıcısı Rumıniyanın ərazi suları üzərində son üç gündə Rusiyanın üçüncü pilotsuz uçuş aparatını məhv edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, Buxarest yaranmış vəziyyətlə əlaqədar qəti etirazını bildirir:

"Rusiya pilotsuz uçuş aparatlarının eyni zamanda həm NATO-nun, həm də Avropa İttifaqının hava məkanı olan Rumıniyanın hava məkanı sərhədlərini pozmağa davam etməsi yolverilməzdir".

Ölkənin Baş Prokurorluğunun araşdırmasına əsasən, vurulan dron Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı müharibədə istifadə olunan "Şahed" tipinə aiddir.

"Rumıniyalı pilotları və yerüstü heyətləri öz tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdikləri peşəkarlıq, cəsarət və səmərəliliyə görə təbrik edirəm. Onlar öz hərəkətləri ilə milli ərazinin müdafiəsinə və Rumıniya vətəndaşlarının təhlükəsizliyinə töhfə verirlər", - Nikuşor Dan bildirib.

Hazırda dronlarla bağlı hadisələrin təfərrüatlarının araşdırılması davam edir. Onun nəticələri Rumıniyanın Rusiya Federasiyasına ünvanlayacağı rəsmi diplomatik etiraz üçün əsas olacaq.

Xatırladaq ki, iyulun 24-ü səhər saatlarında Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısının pilotu Buzeu vilayətinin Padina şəhəri yaxınlığında dron vurmuşdu. Növbəti gün ölkənin hava məkanına girən daha bir pilotsuz uçuş aparatı vurulmuşdu.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH