Rumıniya XİN başçısı: "Azərbaycan Avropa İttifaqı üçün mühüm rola malikdir"

Rumıniya XİN başçısı: "Azərbaycan Avropa İttifaqı üçün mühüm rola malikdir"
SİYASƏT
15:59 25.06.2021
461
"Bu görüşdə olmaq və müzakirə aparmaq bizim üçün böyük şərəfdir, bu təklifi qəbul etdiyiniz üçün təşəkkür edirik. Üç nazir, xüsusi nümayəndə və Avropa İttifaqının xarici əlaqələr xidmətindən olan həmkarlarımızın ölkənizə səfərə gəlməsi cari ilin may ayında Lissabon şəhərində keçirilmiş Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı aparılmış müzakirələrin nəticəsidir".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Auresku iyunun 25-də Prezident İlham Əliyevlə görüşündə deyib.

Rumıniyanın XİN başçısı xatırladıb ki, həmin görüş Rumıniyanın təşəbbüsü ilə keçirilib və bizim təşəbbüsümüzlə gündəliyə regional münaqişələr mövzusu da daxil olunub: "Sözügedən görüşün sonunda biz qərara gəldik ki, Avropa İttifaqı regionla daha yaxından məşğul olmaq, münaqişələrin həllində iştirak etmək, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tərəflərin razılığı olduğu təqdirdə postmünaqişə dövründə inkişaf proseslərinə cəlb olunmaq istiqamətində səylərini artırmaq niyyətindədir. Bizim burada olmağımızın məqsədi regionun sabitliyi və təhlükəsizliyinə güclü dəstək mesajını vermək, habelə Sizin də qeyd etdiyiniz kimi, münaqişədən sonrakı dövr üçün qarşıda duran bütün məsələlərin müfəssəl həlli istiqamətində nə kimi dəstəyin göstərilə biləcəyini nəzərdən keçirməkdir".

"Eyni zamanda, bu səfər cari ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlıq məqsədi daşıyır. Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malikdir, enerji sahəsində strateji tərəfdaşdır, regionda Avropa İttifaqının ən iri ticarət tərəfdaşıdır və Avropa İttifaqının ən çox sərmayə yatırdığı ölkədir. Bizim üçün Azərbaycan Cənubi Qafqazın sabitliyi və firavanlığı baxımından böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanı tolerantlığın, multikulturalizmin və dinlərarası dialoqun nümunəsi kimi yüksək qiymətləndiririk. Mən bilirəm ki Siz prezidentlik dövrünüzdə bütün bunlara nail olmaq üçün böyük işlər görmüsünüz", - o vurğulayıb.

Nazir bildirib ki, Azərbaycan regional bağlılıq baxımından da vacib rol oynayır: "Bu sahədə də müzakirələrin aparılması və gələcək əməkdaşlıq üçün geniş imkanlar var. Münaqişədən sonrakı dövr üçün proseslərdən danışarkən Sizin fikirlərinizi öyrənmək istərdik. Bildiyiniz kimi, biz buradan Ermənistana, oradan isə Tbilisiyə səfər edəcəyik. Yəni, etimad quruculuğu, yenidənqurma, vəziyyətin sabitləşdirilməsi kimi sahələrdə biz nə edə bilərik? Bu yaxınlarda müəyyən addımlar atılıb, saxlanılan bəzi şəxslər qarşı tərəfə verilib, minaların xəritələri təqdim olunub. Biz belə prosesləri gələcəkdə dəstəkləməkdə maraqlıyıq və hesab edirik ki, etimad quruculuğu baxımdan bu, olduqca vacibdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
07:50 10.10.2026
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
07:38 10.10.2026
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
07:23 10.10.2026
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
07:08 10.10.2026
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
06:50 10.10.2026
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
06:33 10.10.2026
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
06:16 10.10.2026
Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
06:00 10.10.2026
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
05:26 10.10.2026
Zelenski: Putinə verilən "hədiyyələr" sülhə gətirib çıxarmayacaq
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
05:12 10.10.2026
Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olundu
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
05:00 10.10.2026
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
04:48 10.10.2026
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq