Rumıniyada Mübariz Mənsimovun gəmisini saxladılar

Rumıniyada Mübariz Mənsimovun gəmisini saxladılar
Bütün Xəbərlər
14:39 29.12.2014
842
“M/T ARMADA EXPLORER” qaydaları pozub.
Rumıniyanın Konstansa limanında Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin “M/T ARMADA EXPLORER” gəmisi saxlanılıb.
“Palmali” şirkətinə məxsus 6 min 526 ton dedveytli kimyəvi maddə daşıyan tanker Paris memorandumundan irəli gələn qaydaları pozduğu üçün saxlanılıb.
Məlumata görə, dekabrın 27-də Rumıniyanın Konstansa limanına yaxınlaşan, Rusiya bayrağı altında üzən “M/T ARMADA EXPLORER” gəmisinin göyərtəsinə rumıniyalı müfəttişlər qalxıblar.
Aparılan yoxlama zamanı gəmidə texniki və idarəetmə nöqsanları aşkarlanıb və “Palmali”nin “M/T ARMADA EXPLORER” gəmisi rumıniyalılar tərəfindən saxlanılıb.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR