Rumıniyalı hakim 4-cü dəfə Azərbaycan komandasının oyununa təyinat alıb

Rumıniyalı hakim 4-cü dəfə Azərbaycan komandasının oyununa təyinat alıb
İDMAN
18:42 24.10.2023
395
"Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu "Bayer 04” ilə oyununu idarə edəcək Horatiu Feşniç karyerasında 4-cü dəfə Azərbaycan komandalarının matçına təyinat alıb.

Rumıniyalı referi ilk dəfə təmsilçimizin səfər görüşündə iş başında olacaq.

Feşniç iki dəfə baş hakim, bir dəfə isə ehtiyat hakim kimi ölkəmizə gəlib. 2016-cı ildə, 27 yaşında FIFA referisi adını alan Feşniç bir il sonra "Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında İtaliya təmsilçisi "Roma” ilə ev matçında ədalət təmsilçisi olub. "Azərsun Arena”da reallaşmış görüşdə qonaqlar 3:0 hesablı qələbə qazanıblar.

Rumıniyalının ölkəmizə növbəti səfəri 2019-cu ilin martına təsadüf edib. Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında "Bakcell Arena”da Litva ilə yoldaşlıq görüşündə qolsuz bərabərə qalıb. Feşniç həmin qarşılaşmada Maksim Medvedev və Dmitri Nazarova sarı vərəqə göstərib.

O, bu mövsüm "Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr "Omoniyası” ilə ev matçına da təyinat alıb. Feşniç qonaq komandanın 3:2 hesabı ilə qələbə qazandığı Qəbələdəki oyuna dördüncü hakim qismində çıxıb.

Qeyd edək ki, oktyabrın 26-da "Bay-Arena”da keçiriləcək "Bayer 04” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu - FOTOLAR
13:20 24.11.2026
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu - FOTOLAR
Top ardınca qaçan uşağı maşın vurub öldürdü - VİDEO
12:58 24.11.2026
Top ardınca qaçan uşağı maşın vurub öldürdü - VİDEO
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
12:43 24.11.2026
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Maşını olanlara XƏBƏRDARLIQ – Bunları mütləq edin!
12:32 24.11.2026
Maşını olanlara XƏBƏRDARLIQ – Bunları mütləq edin!
Azərbaycan Haaqa Konvensiyasına qoşulacaq
12:24 24.11.2026
Azərbaycan Haaqa Konvensiyasına qoşulacaq
Şimşək çaxacaq, yağış yağacaq - Bu tarixdə
12:21 24.11.2026
Şimşək çaxacaq, yağış yağacaq - Bu tarixdə
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
12:13 24.11.2026
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
12:07 24.11.2026
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
12:05 24.11.2026
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
11:45 24.11.2026
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
11:42 24.11.2026
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
11:37 24.11.2026
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
11:17 24.11.2026
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
10:57 24.11.2026
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
10:52 24.11.2026
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
10:49 24.11.2026
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova