Rumıniyanın səhiyyə naziri maska ​​taxmadığına görə cərimələnib

Rumıniyanın səhiyyə naziri maska ​​taxmadığına görə cərimələnib
DÜNYA
22:14 02.04.2021
584
Rumıniyanın səhiyyə naziri Vlad Voykulesku qapalı məkanda tibbi maska ​​taxmadığına görə 1 500 leyi (350 ABŞ dolları) məbləğində cərimə olunub.

Bu barədə "Mediafax” agentliyi Buxarest polisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə V.Voykuleskunun bazar ertəsi parlament binasında maskasız çəkilən şəkli yayılıb. Rumıniyada bütün qapalı məkanlarda maska taxılması icbari olsa da, nazir dəhlizdə maskasız gəzirdi.
 
\Report
OXŞAR XƏBƏRLƏR