102 min uşağın 1-ci sinfə qəbulu heç bir müsabiqə və ya müsahibə olmadan həyata keçirilib.
Bu barədə AZXEBER.COM-a MÜTDA-dan məlumat verilib.
Qeyd olunub ki, mayın 1-dən start götürən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu uğurla davam edir, proses elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir:
"Artıq dünəndən - 12 may tarixindən tədris rus dilində aparılan bölmələr üzrə müsahibə mərhələsi də başlayıb və mayın 31-inə kimi davam edəcək.
Yalnız Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən sıxlıq müşahidə edilən və tələbat çox olan bəzi az sayda ümumi təhsil müəssisələrinin I sinfinə qəbul prosesində məktəb və müəllim seçimi prioritet əsasında aparılacaq. Valideynlər sıxlıq müşahidə edilən məktəbləri seçmək istədikdə bu seçim onların müəyyən prioritetlərinə uyğun ( məsələn, həmin məktəbin ərazisində yaşamaq, bacı və ya qardaşın o məktəbdə oxuması) dəyərləndiriləcək. Bu il ilk dəfə olaraq rus bölməsi üzrə aparılan müsahibələrin nəticələri bir gün sonra elan edilir".