Rus əsgərləri mağazadan spirtli içki oğurlayıb, dinc sakinlərə atəş açdı

Rus əsgərləri mağazadan spirtli içki oğurlayıb, dinc sakinlərə atəş açdı
DÜNYA
13:38 09.03.2022
392
Sərxoş rus əsgərləri Xerson yaxınlığında dinc sakinlərə atəş açıb.

AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Xerson vilayətinin Çernobaevka şəhərində rus əsgərləri dinc əhalini atəşə tutub.

Bu barədə  yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, ruslar kənd dükanını qarət edib, spirtli içki oğurlayıblar. Sərxoş vəziyyətdə olan əsgərlər insanların evlərinə atəş açıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan rus ordusu yaşayış məntəqələrini atəşə tutur. Bütün genişmiqyaslı hərbi əməliyyatlar zamanı 470-dən çox dinc sakin qətlə yetirmiş , 800-dən çox insan yaralanıb.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR