Rus əslli Bakı sakini külli miqdarda narkotiklə tutuldu
Bütün Xəbərlər
08:10 07.11.2012
824
Bakı şəhəri Səbail rayon polis idarəsinin 39-cu polis bölməsinin əməkdaşları dövriyyəyə buraxılmaq üçün hazırlanan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı ələ keçirməyə müvəffəq olublar. Keçirilən əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Bakı sakini Nekrasov Oleq Mixayıloviç saxlanılaraq istintaqa təhvil verilib. Oleq öz ifadəsində, 1 kiloqram narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini deyib.Bölmədən verilən məlumata görə, Oleq Nekrasov barəsində dəfələrlə məlumat daxil olub və o, narkotik vasitəni satış məqsədilə əldə edibmiş.