Qadınlar satışa çıxarıldı.
Mərkəzi Rusiyada olan beynəlxalq bir şəbəkənin Türkiyədə VIP eskortluk xidməti verən qızları satışa çıxardığı xəbərini alan polis əməliyyat keçirərək, 6 xarici vətəndaşı nəzarətə götürüb.
Oxu.Az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, türk müştərilərlə 5 ulduzlu otellərdə görüşən eskortlar arasında Rusiyadan olan bir porno ulduz da var.
İstanbul polisi eskort qız elanlarının yer aldığı 2 ayrı internet saytını nəzarət altına alıb. Saytlarda Rusiya, Ukrayna, Moldova kimi ölkələrdən qadınların satışa çıxarıldığı bildirilir.
5 ulduzlu otellərdə müştəriləri ilə görüşən qızlar arasında rus porno ulduzu F.D. olub. 25 yaşlı F.D.-nin Ankara və İstanbulda, Paris və Romada müştəriləri ilə görüşdüyü yazılan internet saytında porno ulduzunun Ankarada çəkilən bir video görüntüsü də yayılıb. 30 dəqiqə üçün 400 türk lirəsi, 1 saat üçün 600 lirə, 2 saat üçün min lirə istəyən F.D.-nin yanında “Lara” adlı ukraynalı gənc qadın da polisin diqqətini çəkib.
Müştəri kimi hərəkətə keçən 3 polis, bir saytdakı telefonu axtarıb porno ulduzu F. D. ilə 2 qadın sifarişi edib. Telefonda türkcə danışan adam F.D.nın film çəkilişləri olduğunu, İstanbula 2 həftə sonra gələ biləcəyini ifadə edərək, fotoşəkilləri yerləşdirilən 3 ayrı qadının adını verib. Bundan sonra qadınlara 5 ulduzlu bir oteldə görüş verilib. Hər bir qadın 24 saat qarşılığında 1300 avro istəyib. 3 polis də ikinci saytı yenə müştəri kimi axtararaq 3 qadın üçün bazarlıq edib.
Qadınlar otelə gəldiyində isə polis əməliyyat üçün hərəkətə keçib. 6 xarici vətəndaş olan qadın nəzarətə alınaraq Asayiş Şöbə Müdirliyinə aparılıb. Eskort qızlar ifadələrində, internet saytındakı telefon nömrələrinin Moskvada olan kəslər tərəfindən cavablandırıldığını və özlərini bu kəslərin istiqamətləndirdiyini izah ediblər. Qadınlar “tacirlər”i heç görmədiklərini, öz paylarını alıb, pulu xaricdəki bir hesaba göndərdiklərini söyləyiblər. Keçirilən əməliyyatların ardından qadınlar ölkədən çıxarılarkən, polis beynəlxalq eskort şəbəkəsinin Türkiyə əlaqələrinində üstünü açmaq üçün işlərini davam etdirir.