"Azərbaycan ərazisində rus sülhməramlılarının fəaliyyətinə ehtiyac qalmayıb".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert hesab edir ki, rus kontingentinin fəaliyyət müddəti artıq Azərbaycanda başa çatıb:
"Rus kontingenti onsuz da məhdud müddətdə - yəni 2025-ci ilə qədər əraziyə yerləşdirilmişdi. Hazırda Qarabağ məsələsi həll olunduğuna, tərəflər arasında atəşkəs pozulmadığına, silahlılar ərazidən çıxarıldığına görə, artıq sülhməramlı qüvvələrin Azərbaycan ərazisində fəaliyyətinə ehtiyac yoxdur. Onların ərazidən çıxarılmasından sonra Azərbaycan tərəfi digər öz ərazilərində olduğu kimi suveren ərazilərində davamlı inkişafı və rifahı daha sürətlə təmin edəcək".
Mikayıl Mirzəzadə