ABŞ-nin Moskvadakı səfiri Linn Treysiyə 9 may Qələbə paradında iştirak üçün dəvət göndərilib.
Bunu jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Y.Uşakov səfirin paradda iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib.
"Rəsmi səviyyədə bilmirəm. Mən qeyd etdim ki, ABŞ səfirinə dəvət göndərilib. Onun paradda iştirak edib-etməyəcəyini mayın 9-da görəcəyik", - o bildirib.