Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib

Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Siyasət
15:14 06.08.2025
432

Rusiya Ukraynanın qaz nəqli infrastruktur obyektinə hücum edib.

Bu barədə "Report" Ukraynanın Energetika Nazirliyinə istinadən xəbər verir.

"Avqustun 6-sı gecə saatlarında Rusiya qaz infrastrukturu obyektinə - Ukraynanın Qaz Nəqli Sisteminin operatorunun Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib", - məlumatda bildirilib.

Bu kompressor stansiyası Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə edilirdi. Bundan əlavə, artıq ABŞ-dən LNG və Azərbaycan qazının sınaq həcmləri bu yolla təchiz edilirdi.

"Bu gecə bu təchizatı təmin edən avadanlıq onlarla pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb. Bu, Rusiyanın sırf mülki infrastruktura, energetikaya və eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı məqsədyönlü zərbəsidir", - məlumatda qeyd olunub.

Zərbə endirilən yerdə mütəxəssislər hücumun nəticələrini müəyyən etmək üzərində işləyirlər.


OXŞAR XƏBƏRLƏR