Rusiya azərbaycanlını beynəlxalq axtarışa verdi

Rusiya azərbaycanlını beynəlxalq axtarışa verdi
Bütün Xəbərlər
18:39 25.02.2016
1440
O, İmişli rayonunun Soltanmuradlı kəndində doğulub.
Rusiya hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.
AZXEBER.COM xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1992-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində doğulmuş Vüsal Bədəlov qanunsuz silahlı dəstənin yaradılmasında iştirakda təqsirləndirilir.
V. Bədəlov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR