Rusiya Dnepri vurdu - Ölənlər var

Rusiya Dnepri vurdu - Ölənlər var
DÜNYA
18:44 25.04.2026
354
Rusiya Silahlı Qüvvələrinin Dneprə kombinə edilmiş hava hücumu nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib.

"Rusiyanın Dneprə kütləvi hücumu nəticəsində 46 nəfər yaralanıb. Onların arasında beş uşaq var. 23 zərərçəkən xəstəxanaya yerləşdirilib. 26 və 44 yaşlarında iki qadının vəziyyəti ağırdır. Hər kəsə lazımi yardım göstərilir", - o, "Telegram" kanalında yazıb.
OXŞAR XƏBƏRLƏR