Rusiya futbolunda koronavirusa ilk yoluxma baş verdi

Rusiya futbolunda koronavirusa ilk yoluxma baş verdi
DÜNYA
22:40 16.05.2020
979
Rusiya "Lokomotiv"inin futbolçusu Cefferson Farfan koronavirusa yoluxub.

Bu barədə TASS-a Moskva təmsilçisinin direktorlar şurasının sədri Anatoli Meşeryakov açıqlama verib. O, perulu hücumçunun testinin müsbət nəticələndiyini və həkim məsləhətləri əsasında müalicə olunacağını bildirib.

Farfan Rusiya Premyer Liqasında koronavirusa yoluxan ilk futbolçudur. "Lokomotiv"də 2017-ci ildən çıxış edən 35 yaşlı oyunçu Rusiya çempionluğu və iki dəfə ölkə kubokunu qazanıb. Pandemiya başladıqdan sonra o, heç yerə getməyib.

Qeyd edək ki, ötən gün Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.   
 
///Report
OXŞAR XƏBƏRLƏR