Rusiya güclüdür, onsuz da əgər niyyəti haranısa tutmaqdırsa tutacaq, boş yerə niyə özümüzü oda ataq - məntiqi indi biqeyrətliyə bərabər tutulmalıdır
Bu həftə dünyanın yadında daha çox iki nəfərin adı ilə qaldı. Rusiyanın prezidenti Vladimir Putin və dünyanın yazıçısı Qabriel Qarsiya Markez. Markezə əsərlərindən birinin adı ilə desək dünyanın ən gözəl ölüsünə az sonra qayıdacağıq. Qalmaqallı Ukrayna siyasətilə dünyanı heyrətləndirməkdə davam edən Vladimir Putinin Rusiya xalqı ilə birbaşa efir söhbəti ətrafında indi danışacağıq. Putinə verilən suallar əslində onun özünün-özünə verdiyi suallar idi və bu baxımdan cavablar da gözlənilməz deyildi. Rusiya prezidenti xalqla müsahibədə demək olar ki, bütün suallara cavab verdi. Cavablar doğru idi, yanlış idi, bilmirəm. Amma Putin getdikcə daha inamlı təsir bağışlayır. Sanki öz hədəflərinə doğru addımladıqca azarta girir. Hətta bəzən elə bəyanatar da verir ki, azərbaycanlı olaraq Azərbaycan üzərində düşünməyə bilmirsən. Amma.
…Panikaya ehtiyac yoxdur.
…Hələ ki……Əlbəttə risk var. Əlbəttə Azərbaycan dünyanın ən güclü ordusuna malik dövlətdeyil. Bütün bunlar faktdır və təbiidir. Amma dünyada elə dəyərlər var ki, onlarıqorumaq zəiflik və ya güclülük baxımından əhəmiyyətini itirmir. Rusiyaprezidenti öz arvadını boşayanda dünya anlamalı idi ki, illərlə bir yastığa başqoyduğu ömür yoldaşını bir tamaşa fasiləsində dəyişən dövlət başçısı ailədövlətin kiçik şəklidir deyən klassikin fəlsəfəsinin mahiyyətini dəyişir.Deməli Putin bir anda hər şeyi dəyişməyə qadirdi və ondan hər şey gözləməkolar. Hətta bu gün o əgər yarızarafat, yarıciddi “qoy əvvəl arvadımı ərə verimsonra özüm evlənərəm!” deyirsə, burada sətiraltı olmamış deyil. Rusiyanınkeçmiş sovet respublikalarına doğru özünəməxsus hərəkati hələ ki, yürüş deyil.Amma yürüməmək də deyil. Təbii ki, canavar qarşısına ulaq kimi çıxmaq doğruolmazdı – day gəl məni ye. Yəni, Rusiya güclüdür, onsuz da əgər niyyəti haranısatutmaqdırsa tutacaq, boş yerə niyə özümüzü oda ataq-məntiqi indi biqeyrətliyəbərabər tutulmalıdır. Tutaq ki, qonşun boks üzrə dünya çempionudur və səninarvadına, anana, bacına göz dikib, indi neyləcəksən, həmin məntiqilə qeyrətpraqmatikiliyini boynuna alacaqsan? Yox əlbəttə! Bu saat mən sizə yüzlərlə,minlərə məhbus göstərərəm ki, məhz namus üstündə özündən dəfələrlə güclününbağırsağını ayaqlarına dolayıb və həbsə düşüb. Burda isə hədəf həbs yox,azadlıqdır. “11-ci Qızıl Ordu”nun avtomatlarının lüləsi üçün Azərbaycan torpaqında gülyoxdur! Saktləşmək, təşfişi bir kənara atıb sadəcə düşünmək lazımdr. Əvvəlcə Rusiyanınyeni ekspanisya siyasətinin üslübunu müəyyənləşdirək. Ruslar bu dəfə başqa cürişləyirlər. Onlar əvvəllər olduğu kimi külli miqdarda pul xərcləmirlər. Hərbimaşını dərhal işə salmırlar. Əvvəlcə hədəf ölkədə özlərinin etimad qrupunuyaradırlar. Bu qrup beş-on nəfərdən başlayaraq minlərə-on minlərə keçir. Sonrabu qrupu hüquqi və maddi baxımdan özünküləşdirirlər. Məsələn, ya Rusiyanın pasportlarıilə nişanlayırlar, ya da sadəcə onların rusdilli olduqlarını və buna görə dəqorumağı bir qanuni haqq olaraq öz üzərlərinə alırlar. Sonrası isə dahakonkretdir. Öz pasportlarını, öz dillərini verdikləri adamları qorumaq adı iləhəmin əraziləri ələ keçirirlər. Abxaziyada, Cənubi Osetiyada, Krımda belə oldu.Əslində Rusiya bu texnologiyanı dövriyyəyə buraxmaqla onu həm də öyrənilmək vəona qarşı mübarizə üsulları tapmaq üçün əlverişli edir. Deməli hər birimiz ayıqolmalıdır. Bəsit şəkildə desək imkan verməməlidir ki, başqa bir dövlətingeydirmə pasportunu ona verib “alın a yana-yana qalın a!” dedizdirsinlər. Bupasportlar ya dinləmə qurğusu, ya da qarmaq ucunda soxulcan kimi bir şeyolacaq. Rusiya indi hansısa, ölkədə qarışıqlığı elə həmin ölkənin vətəndaşlarınınfəallığı və əli yaradır. Adamlar özlərindən asılı olaraq bir yerə yığışır,bir-iki dəfə, sonra yenidən və bir də görürlər ki, əllərindəki Rusiyanınbayrağıdır. Sonra barrikadalar, sonra atışmalar, sonra ölkəni fedarallşdırmaqistəyənlərin tələbləri və sair. Azərbaycan müstəqil dövlətdir və ona müstəqilliyi Rusiya bağışlamayıb ki, o daalsın. Azərbaycan müstəqilliyi həlak olaraq, yaralanaraq, əlil olaraq əldəedib. Bizə analar düşmən çəpəri ona görə deməyiblər ki, Badamdarda yaNardaranda çəpər salaq, zabor tikək. Yeri gələndə düşmən qabağında, çəpər dəzaborda olmalıyıq. Vuruşmalı, öldürməli, ölməliyik. Prezident soyuqqanlı biretibarlılıq nümayiş etdirir. Prezident İlham Əliyev: “O, ki qaldı münaqışənin həllinə, bu gün heç kim üçünsirr deyil, dünyada bu gün əsas faktor güc amilidir. Bu, reallıqdır, ona görədə biz daha güclü olmalıyıq. İlk növbədə hərbi gücümüzü artırmalıyıq. Biz buməsələni müzakirə edərkən görürük ki, nə qədər biz düzgün addım atmışıq. Orduquruculuğu prosesini daim dıqqət mərkəzində saxlamışıq”. Nüvə dövləti olan Pakistanın Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələrininrəhbəri, neçə illərdir Birləşmiş Ştatların özünə fədakarcasına dirəniş göstərənİran İslam Respblikasının müdafiə nazirinin, Səudiyyə Ərəbistanının Sərhəd Qoşunlarırəhbərinin, Türkiyə müdafiə nazirinin Bakıya səfəri ondan xəbər verir ki,Azərbaycan ətrafında güclü birləşmə baş verir və biz məsələn, Naxçıvanda beləhərbi təlimi növbətçi kampaniya kimi keçirmirik.Deməli qorxmaq, panikanın pişvazına getmək lazım deyil. Vuruşacağıq da, hələbir şərəflə öləcəyik də. İnanmıram ki, bu dəfə hansısa liberal qeyrət ortayaçıxıb bizi günahlandırsın ki, camaatı nahaq qırdırdılar. Ortada nahaq yox haqqvar. Dövlət müstəqilliymiz boyda. Boksyorun gücü və biqeyrətin rüsvayçıpraqmatikliyini unutmayaq. Bapbalaca Çeçenistan böyük Rusiyanın suverenliyiniQroznuda bir stadionda divara söykəyib güllələyirdi. Kişilik milli yox, biolojixüsusiyyətdir. Putinin isə çıxışını unuda bilmirəm. Onun özünü bir dövlətinyox, az qala planetin yiyəsi tək aparması çox gülməli idi. Rusiya lideriiqtisadi gücünə görə dəfələrlə geri qaldığı Birləşmiş Ştatların qarşısında necəbelə davrana bilərdi. Hə Rusiya öz istədiyinə bu gün hələ ki nail olur. Ammakimtək? Tapançanı zəif birisinin gicgahına dirəyərək şərt irəli sürən vəistəyinə nail olan terrorçu kimi. Putinin çıxışında təhlükəli notlar var idi.O, Ukraynada hərbi güc tətbiq edəcəyinə ümid etmədiyini deməklə, həm də beləbir addımı ata da biləcəyinə ehyam vurdu. Putin Stalin repressiyasının qurbanmillətləri sırasında yunanlarla, almanlarla yanaşı gözlənilmədən ermənilərin dəadını çəkdi. Amma tarix Stalinin əlahiddə götürülmüş erməni xalqına repressiya tətbiq etdiyibarədə hər hansı məlumat tanımır. Görünür Putin Dağlıq Qarabağın Azərbaycanaməxsusluğunu Stalin ədalətsizliyinin nəticəsi kimi təqdim edən ermənilərləideyadaşlıq edirdi. Dnestryanı Rusiya Dumasına Krım separtçıları kimi müraciətedib və gözləyir. Belə çıxır ki, Stalinə calayıb erməniləri xatırlamaq da eləbelə deyil. Üstəlik də Jirinovskinin aprel kəskinləşməsi. Adam doğrudan da ağır əsəb xəstəsidir. Beləsindən hər şey gözləmək olar. OnunQarabağı da Krım kimi Rusiyanın tərkibinə qatmaq çağırışları artıq gülməlideyi. Ən qəribəsi də budur ki, Rusiya getdikcə Jirinovskiyə oxşamaqdadır. AmmaQarabağ da o problemdir ki, SSRİ kimi nəhəng, imperiyalar imperiyası məhz onatoxunaraq qəzaya uğramışdı və sonda dağıldı. Rusiya isə SSRİ-nin heç dırnağıdeyil. Daha doğrusu sadəcə dırnağıdır.
Rusiya getdikcə Jirinovskiyə oxşamaqdadır