Kreml sözçüsü Dmitri Peskov Hörmüz boğazındakı vəziyyətin son dərəcə kövrək və gözlənilməz olduğunu bəyan edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, Moskva şəhərində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, mövcud gərginliyə baxmayaraq, danışıqlar prosesinin davam edəcəyinə və zorakı ssenarinin qarşısının alınacağına ümid edirlər.
Peskov həmçinin Rumen Radev tərəfindən təsis edilən Proqressiv Bolqarıstan Koalisiyasının Bolqarıstanda keçirilən son ümumi seçkilərdə birinci yer tutmasına da münasibət bildirib. Onun sözlərinə görə, Radev və bəzi Avropa liderlərinin "Rusiya ilə problemləri dialoq yolu ilə həll etməyə hazır olduqları” barədə açıqlamaları Kreml tərəfindən müsbət qarşılanır.
Kreml sözçüsü vurğulayıb ki, bütün fikir ayrılıqları danışıqlar masasında həll edilməlidir: "Rusiya heç vaxt dialoqdan imtina etməyib. Əksinə, biz dialoqa davam edirik. Lakin bu yanaşma hələlik Avropada tam şəkildə qarşılanmayıb”.
Gülay











































