“Rusiya Ukrayna məhsullarının ölkəsinə buraxılmasına veto qoyacaqdı”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Razi Nurullayev Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasından imtina etməsini şərh edərkən söyləyib:
“Ukrayna bu cür addım atmaqla özünü siğortalamağa çalışdı. Çünki bir müddət sonra Rusiya Ukrayna məhsullarının ölkəsinə buraxılmasına veto qoyacaqdı. Bununla bərabər, Yanukoviç Avropa Birliyininin ölkəsi üçün verəcəyi yeni iqtisadi imkanları Rusiya ilə müqayisə etdi. Nəticədə isə, Rusiya ilə iqtisadi imkanlar Ukrayna üçün daha önəmli oldu. Digər bir tərəfdən Avropa Birliyinin Ukrayna ilə bağlı həllini gözləyən bir çox məsələlər hələ də qalmışdı. Yuliya Timoşenkonun həbsdə olması və Ukraynanın tam demokratikləşmə prosesinə getməməsi AB-nin nüfuzunu Ukraynada azaltdı”.
Qeyd edək ki, ötən gündən başlayaraq paytaxt Kiyevdə yüz minə yaxın vətəndaş Ukraynanın Avropa Birliyindən kənarlaşmaq haqqında aldığı qərara etiraz olaraq küçələrə axışıb. Artıq nümayişçilər Ukrayna Nazirlər Kabinetinin binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşub. Yaralıların olduğu bildirilir.
Əfsələddin Ağalarov