Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşdə İran ətrafındakı vəziyyəti müzakirə edib.
Rusiya mətbuatı xəbər verir ki, Putin görüşdə diplomatik nizamlanma imkanlarının hələ tam tükənmədiyini vurğulayıb.
O qeyd edib ki, Moskvanın strateji tərəfdaşı olan Tehranla "danışıqlar aparmaq həm mümkündür, həm də zəruridir".
Uşakov əlavə edib ki, Rusiya bundan sonra da İran probleminin siyasi və diplomatik yollarla həlli variantlarının tapılmasına kömək etməyə hazırdır.
///teleqraf///











































