Rusiya Kiyevə raketlərlə hücuma keçdi

Rusiya Kiyevə raketlərlə hücuma keçdi
DÜNYA
11:53 24.03.2024
144
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə qanadlı raketlərlə hücum edib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko sosial media hesabında verdiyi açıqlamada deyib.
 
Hücumlarda "X-101”, "X-555” və "X-55” tipli "Tu-95MS” tipli strateji bombardmançıların istifadə edildiyini bildirib.
 
Bunun son 4 gündə Kiyevə edilən 3-cü raket hücumu olduğuna diqqət çəkən Popko, "İlkin məlumatlara görə, paytaxtda can itkisi və dağıntı olmayıb", - deyib.

Kiyev meri Vitali Kliçko da Rusiya qüvvələrinin şəhərə hücumu nəticəsində partlayış səslərinin eşidildiyini bildirib.

Hava hücumundan müdafiə sistemlərinin işlədiyini deyən Kliçko raketlərin havada məhv edilən hissələrinin Desnyan rayonundakı meşəlik əraziyə düşdüyünü qeyd edib.

Ukrayna mətbuatının məlumatına görə, partlayış səsləri ölkənin Lvov şəhərində də eşidilib.

Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krım yarımadasında gecə saatlarında güclü partlayışların olduğu bildirilib.

Qondarma Sevastopol qubernatoru Mixail Razvojayev gecə saatlarında sosial media hesabında verdiyi açıqlamada Ukrayna ordusunun şəhərə hücuma keçdiyini açıqlayıb.

Krım körpüsünün bir müddət bağlandığı da qeyd edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR