Rusiya koronavirus peyvəndini beş ölkədə istehsal edəcək

SAĞLAMLIQ
17:18 11.08.2020
1185
Rusiya koronavirusa qarşı peyvəndin beş ölkədə istehsal olunmasına qərar verib.

TASS-ın məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev deyib.

"Xarici tərəfdaşlarımızla birlikdə artıq beş ölkədə ildə 500 milyon doza peyvəndin istehsalını təmin etməyə hazırıq və istehsal gücünü daha da artırmağı planlaşdırırıq”, - deyə K.Dmitriyev bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi fonda bir milyard dozadan çox peyvənd alınması üçün 20 ölkədən ilkin müraciətlər daxil olub.

OXŞAR XƏBƏRLƏR