Rusiya ordusu Ukraynada bir neçə yaşayış məntəqəsini ələ keçirib

Rusiya ordusu Ukraynada bir neçə yaşayış məntəqəsini ələ keçirib
DÜNYA
18:30 13.06.2025
298
Rusiya ordusu Ukraynanın Sumı vilayətinin Yablonovka yaşayış məntəqəsini ələ keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri həmçinin Donetsk vilayətinin Koptevo və Komar yaşayış məntəqələrini nəzarətə götürüb.

Bundan başqa Rusiya MN ordunun son bir həftə ərzində Ukraynadakı hərbi obyektlərə kütləvi və yeddi qrup zərbəsi endirdiyini açıqlayıb. Qeyd olunub ki, kütləvi və qrup zərbələri nəticəsində Ukraynanın hərbi aerodromlarının, radiolokasiya stansiyalarının, PUA istehsalı sexlərinin və anbar sahələrinin, düşmən hərbçilərinin dislokasiya məntəqələrinin infrastrukturuna ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR