Rusiya ordusunun hücumu nəticəsində Ukrayna-Polşa sərhədində YDM zədələnib

Rusiya ordusunun hücumu nəticəsində Ukrayna-Polşa sərhədində YDM zədələnib
DÜNYA
14:58 13.09.2026
192
Volın vilayətində Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində Ukrayna-Polşa sərhədindəki "Yaqodin” keçid məntəqəsinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.

Bakues.az-ın  "İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko məlumat verib.

Qeyd olunub ki, pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində partlayış baş verib, yanacaqdoldurma məntəqəsinin ərazisindəki tikililər və yaxınlıqda park edilmiş bir neçə yük maşını yanıb.

Hava həyəcanı zamanı sərhəddə bütün əməliyyatlar dayandırılıb, insanlar isə sığınacaqlarda olublar. Bununla yanaşı, Demçenko vurğulayıb ki, "Yaqodin” keçid məntəqəsinin özünə zərbə qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR