Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama

Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
SİYASƏT
17:03 15.09.2026
108
Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Polşa xarici işlər naziri Radoslav Sikorskinin Rusiyanın hərbi yolla məğlub edilə biləcəyi barədə açıqlamalarına cavab verib. 

Patruşev bildirib ki, Polşa Rusiya ilə hərbi qarşıdurmaya gedəcəyi təqdirdə Moskva bütün qüvvə və vasitələrindən istifadə edərək iki-üç gün ərzində Polşanı məhv edə bilər.

Politoloq Rusif Məmmədsoy AZXEBER.COM-a açıqlamasında deyib ki, Rusiya tərəfindən belə sözlər tez-tez işlədilir: 

"Son dövrlər Rusiya-Ukrayna müharibəsinin gedişində Rusiya siyasi elitası arasında müəyyən çarpışmalar mövcuddur. Belə açıqlamalar daha çox Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev tərəfindən verilir. Bu açıqlamaların pərdəarxasında bir məntiq yatır. Rəsmi Kreml diqqətə çatdırmaq istəyir ki, biz Avropa ölkələrinə də hücum edə bilərik”.

O qeyd edib ki, belə hücumlar bir növ nəbz yoxlaması kimi dəyərləndirilir:

"Əslində, bir çox kəşfiyyat məlumatlarına əsasən, bu dövrlər ərzində bəzi iddialar ortaya çıxmışdı ki, Rusiya Baltikyanı ölkələrə və yaxud NATO ölkəsinə kiçikhəcmli hücumlar təşkil etmək niyyətindədir. Burada məqsəd NATO-nun 5-ci maddəsinin işə düşüb-düşməyəcəyini test etməkdir. Bu hücumlar bir növ nəbz yoxlaması kimi dəyərləndirilir”.

"Rusiya Polşa ilə bağlı belə bir addıma getməyəcək. Çünki Polşa Avropanın aparıcı dövlətlərindən biridir; həm iqtisadi, həm də hərbi gücü kifayət qədərdir. Rusiya növbəti cəbhə açmaq niyyətində deyil. Sadəcə, bu açıqlama nəbz yoxlamasıdır”,-deyə politoloq qeyd edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
17:40 15.09.2026
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
17:31 15.09.2026
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
17:22 15.09.2026
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
17:18 15.09.2026
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
17:06 15.09.2026
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
17:03 15.09.2026
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
17:00 15.09.2026
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
16:55 15.09.2026
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
16:49 15.09.2026
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
16:45 15.09.2026
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
16:42 15.09.2026
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
16:35 15.09.2026
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
16:29 15.09.2026
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
16:26 15.09.2026
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
16:22 15.09.2026
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
16:18 15.09.2026
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM