Rusiya Qəddafidən üz döndərir

Rusiya Qəddafidən üz döndərir
Bütün Xəbərlər
18:59 16.05.2011
1676

Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada keçirilmiş mətbuat konfransında bildirib ki, Rusiya Liviyada böhranın həlli yollarını müzakirə etmək üçün Liviya qiyamçıları ilə danışıqlar aparmağa hazırdır. Nazirin sözlərinə görə, Rusiya Liviyada iğtişaşlara tez bir zamanda son qoyulmasında maraqlıdır. “Biz dəfələrlə bildirmişdik ki, böhrana son qoya biləcək hər hansı bir regional, yaxud beynəlxalq təşəbbüsü dəstəkləməyə hazırıq”, - deyə Lavrov bildirib. 

Diplomat əlavə edib ki, Liviya üsyançılarından ibarət nümayəndə heyətinin danışıqlar üçün Moskvaya səfəri planlaşdırılsa da, texniki səbəblərə görə bu səfər təxirə salınıb. Nazir qiyamçıların Moskvaya bu yaxınlarda gələcəklərinə ümid etdiyini də deyib.

Qeyd edək ki, bu günlərdə Rusiya rəsmiləri ilə BMT-nin baş katibinin xüsusi nümayəndəsi Əbdul İlah əl-Xatib arasında görüş gözlənilir. Görüş zamanı Liviyada vəziyyətin müzakirə olunacağı planlaşdırılır.

 

OXŞAR XƏBƏRLƏR