Rusiya Qara dənizdə Türkiyəyə məxsus gəmiyə zərbə endirib

Rusiya Qara dənizdə Türkiyəyə məxsus gəmiyə zərbə endirib
DÜNYA
23:29 13.12.2025
119
Misirə doğru hərəkət edən və günəbaxan yağı daşıyan VIVA gəmisi dekabrın 13-də Ukraynanın iqtisadi zonasında hücuma məruz qalıb.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Hadisə zamanı gəmi dənizdə "taxıl dəhlizi” marşrutu ilə hərəkət edirmiş. Ukrayna Hərbi Dəniz Qüvvələrinin bəyanatında Rusiya tərəfindən pilotsuz uçuş aparatı vasitəsilə zərbə endirildiyi deyilir.

Açıqlamada qeyd olunur ki, gəmidə Türkiyə Respublikasının 11 vətəndaşı olub, ekipaj üzvləri xəsarət almayıb.

Gəmi marşrutu üzrə hərəkətini davam etdirir. Hadisə ilə bağlı Rusiya və Türkiyə tərəfləri hələlik rəsmi mövqe açıqlamayıb.

/APA
OXŞAR XƏBƏRLƏR