İran Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayır.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi bəyan edib ki, bu cinayət beynəlxalq hüquqla heç bir əlaqəsi olmayan radikal qrupların əməlidir: "Onlar ölkələr arasında problem yaratmaq məqsədilə belə vəhşi cinayətlər törədirlər".
B.Qasımi Rusiya hökumətinə və səfir Andrey Karlovun ailəsinə başsağlığı verib.(trend)