Rusiya Türkiyənin ilk Atom Elektrik Stansiyasının tikintisini dayandırıb

DÜNYA
02:15 10.12.2015
1474

Rusiya hökuməti Türkiyənin ilk Atom Elektrik Stansiyasının tikintisini dayandırıb.

AZXEBER.COM-un məlumatına görə, bu barədə “Reuters” agentliyi Türkiyə hökumətində enerji sahəsi ilə məşğul olan mənbəyə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, layihəni həyata keçirən Rusiyanın “Rosatom” şirkəti müqaviləni ləğv etməyib və ağır təzminat şərtləri ilə əlaqədar sənədi birtərəfli ləğv etmək istəmir.

Lakin Ankara artıq layihə üzrə potensial tərəfdaşları nəzərdən keçirməyə başlayıb.

“Rosatom”dan məsələ barədə şərh verməyiblər.

“RİA Novosti” və TASS-ın mənbələri isə “Rosatom”un törəmə şirkəti “Akkuyu”nun öz işini davam etdirdiyini deyiblər.

OXŞAR XƏBƏRLƏR