Rusiya Ordusu Ukraynanın Volın vilayətində, Polşa sərhədindən 2 kilometr məsafədə sərnişin qatarının lokomotivinə də zərbə endirib.
Bu barədə "Ukrzaliznıtsya” məlumat yayıb.
Qeyd edilib ki, monitorinq qrupu əvvəlcədən qatar briqadasını təhlükə barədə xəbərdar edib və bunun sayəsində heç kim xəsarət almayıb.
Xatırladaq ki, Rusiya Ordusu Ukraynanın Volın vilayətində, Polşa ilə sərhəddə yerləşən "Yaqodin” keçid məntəqəsinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə və yük maşınlarına zərbə endirib.
"Yahodin” sərhəd-keçid məntəqəsi Volın vilayətində, Kovel rayonunun Starovoytovo kəndi yaxınlığında, Polşa tərəfində isə Doroqusk yaşayış məntəqəsinin yaxınlığında yerləşir. Bu məntəqə Ukrayna ilə Polşa arasında əsas avtomobil keçidlərindən biridir.
/apa











































