Rusiya Ukraynanın daha bir hərbi aerodromunu sıradan çıxardı - YENİ İTKİLƏR AÇIQLANDI

Rusiya Ukraynanın daha bir hərbi aerodromunu sıradan çıxardı - YENİ İTKİLƏR AÇIQLANDI
DÜNYA
11:25 06.03.2022
561
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya ordusu 2203 hərbi infrastruktur obyektini məhv edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 6-da səhər saatlarında Rusiya Federasiyası Silahlı Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələrinin Starokonstantinov aerodromunu yüksək dəqiqlikli silahların zərbəsi ilə sıradan çıxarıb.

Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiəsi isə Jitomir vilayətində 4 ədəd "Su-27", eyni zamanda bir ədəd "MiQ-29", Radomışl rayonunda "Su-27" və "Su-25", Nijin vilayətində isə "Su-25"-ni vurub.

Rusiya qırıcıları həmçinin Kiyev yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus iki "Mi-8" helikopterini, həmçinin "Bayraktar TB2" də daxil olmaqla, 6 PUA-sını vurub.
OXŞAR XƏBƏRLƏR