Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?

Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
DÜNYA
15:38 27.08.2025
329
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə daxil olaraq bir neçə kəndi nəzarətə götürüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Kreml açıqlayıb.
 
Kiyev Rəsmi Moskvanın bəyanatlarını təsdiqləsə də, qarşıdurmaların hələ də davam etdiyini deyib.
 
Müharibədən əvvəl 3 milyondan çox əhalisi olan Dnepropetrovsk Ukraynanın ikinci ən böyük ağır sənaye mərkəzi olub. O, Donetsk və Luqanskdan sonra ölkənin istehsal mərkəzi kimi tanınır.

Moskva bundan əvvəl Donetsk, Luqansk, Xerson və Zaporojyanın ilhaqını elan edib. Dnepropetrovsk bu siyahıya daxil olmasa da, Rusiyanın ora getməsi müharibənin gedişatını dəyişəcək yeni mərhələ hesab olunub.
  
Hərbi ekspertlərin fikrincə, Rusiyanın Dnepropetrovskda davamlı irəliləyişinin strateji nəticəsi o ola bilər ki, Ukrayna Şərqdən Qərbə iki yerə parçalansın.
 
Yekun mənzərə hazırda qeyri-müəyyən olsa da, Dnepropetrovsk indi müharibənin ən qaynar cəbhəsinə çevrilib.

Dnepropetrovsk yaxın günlərdə Ukrayna müharibəsinin gedişatını müəyyən edəcək.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR