Rusiya və ABŞ BƏƏ-də məhbus mübadiləsi aparıb

Rusiya və ABŞ BƏƏ-də məhbus mübadiləsi aparıb
DÜNYA
18:45 10.04.2025
286
ABŞ və Rusiya kəşfiyyatları Əbu-Dabidə məhbusların mübadiləsini həyata keçirib.

Bu barədə məlumatı "The Wall Street Journal” yayıb.

Qəzet onu da yazıb ki, tərəflər bu addımı qarşılıqlı etimadın möhkəmləndirilməsi məqsədilə əsaslandırıb.

Rusiya tərəfi bu ölkə ilə bərabər həm də ABŞ vətəndaşlığını daşıyan, dövlətə xəyanətdə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum olunan Kseniya Karelinanı azad edib.

Rəsmi Vaşinqton isə 2023-cü ildə həbs olunmuş Artur Petrovu Rusiyaya təhvil verib.

Artur Petrov 2023-cü ildə Cənubi Kiprin ərazisində ABŞ-ın sorğusu əsasında həbs edilib. Sonradan ona məxfi xarakterli mixroelektron cihazların qanunsuz ixracı ilə bağlı ittiham verilib.
 
\apa
OXŞAR XƏBƏRLƏR