Rusiya və Azərbaycan prezidentləri Tacikistanda görüşəcək

Rusiya və Azərbaycan prezidentləri Tacikistanda görüşəcək
SİYASƏT
21:13 08.10.2025
255
Rusiya Prezidenti Vladimir Putin 8 oktyabr tarixində dövlət səfəri ilə Tacikistana gedib.

AZXEBER.COM xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bildirib ki, səfər çərçivəsində Putin Azərbaycan Prezidenti İlham Əliyevlə də görüş keçirəcək.

Putin səfərin ikinci günündə, oktyabrın 9-da "Mərkəzi Asiya–Rusiya” sammitinə qatılacaq. Bundan bir gün sonra isə MDB dövlət başçılarının Şurasının iclası keçiriləcək. Peskovun sözlərinə görə, Prezident İlham Əliyevin də hər iki tədbirdə iştirakı planlaşdırılıb.

Rusiya lideri daha əvvəl bildirib ki, Moskva və Bakı arasında "müəyyən problemlər” olsa da, "hər şey öz yerini tapacaq”. O, sentyabr ayında Çinə səfəri zamanı İlham Əliyevlə qısaca söhbət etdiyini, lakin ayrıca görüşün baş tutmadığını da qeyd edib.
OXŞAR XƏBƏRLƏR